İstifadəçi razılaşması

www.onpay.az saytından (bundan sonra "sayt") istifadə etmək barədə bu İstifadə Şərtləri (bundan sonra "Razılaşma"), sayt üzərindən xidmətlərin göstərilməsi qaydasını tənzimləyir, həmçinin SOFTECH MMC (bundan sonra “İcraçı”) ilə xidmətin İstifadəçisinin (bundan sonra “İstifadəçi”), qarşılıqlı hüquq və öhdəliklərini müəyyən edir.

 

Hazırki İstifadə Şərtlərində “xidmətlər” ifadəsi veb sayt üzərindən istifadəçiyə təqdim olunan xidmətlərə istinad edir. 

 

Hazırki İstifadə Şərtlərində “istifadəçi” ifadəsi OnPay veb saytının müştərilərinə, nümayəndələrinə və müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və Maliapp xidmətləri istifadəçilərinə istinad edir. 

 

Hazırki İstifadə Şərtləri xidmətlərin təqdim olunmasında və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq yenilənə bilər. 

 

  1. Müqavilənin predmeti
    1. İcraçı, xidmətin İstifadəçisinə www.onpay.az veb saytında müxtəlif vaxtlarda təqdim olunan xidmətlərdən istifadə hüququnu verir.
    2. İstifadəçi, saytda qeydiyyatdan keçməmişdən əvvəl bu Razılaşmanın bütün şərtləri ilə tam tanış olmalıdır. Bu Razılaşma ictimai oferta hesab olunur və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409-cu maddəsinə uyğun olaraq İstifadəçinin saytdan istifadə etməsi və ya qeydiyyatdan keçməsi onun bu Razılaşmanın bütün şərtlərini qəbul etməsi mənasını daşıyır.
    3. İstifadə şərtləri İstifadəçi tərəfindən aksept (qəbul) olunduqdan sonra qüvvəyə minir və aşağıdakı tarixlərdən birinə qədər qüvvədədir: 
  • İstifadəçi tərəfindən hesabın silindiyi tarix və ya; 
  • İstifadə şərtlərinin ləğv edilməsi tarixinə qədər.
  1. İcraçı, istifadəçilərə aşağıda sadalanan funksionallıq üzrə xidmətlər təqdim edir:
  • Fakturalar və təkrarlanan fakturalar üzrə ödənişləri onlayn şəkildə qəbul etmək
  • APİ inteqrasiyası vasitəsilə vebsayt və mobil tətbiqlər üzərindən birdəfəlik və təkrarlanan ödənişləri onlayn şəkildə qəbul etmək 
  • Müştərilərin kart məlumatlarını yadda saxlamaq
  • OnPay üzərindən edilmiş ödənişlər üzrə geri ödəmə etmək
  • İcra edilmiş ödənişlərə dair məlumatları izləmək
  1. İcraçı, istənilən vaxt OnPay xidmətlərini göstərməyi daimi və ya müvəqqəti olaraq dayandıra bilər. 
  2. İcraçının təqdim etdiyi xidmətlərdən yararlanmaq niyyətində olan İstifadəçi ilə İcraçı və ya üçüncü şəxs arasında xidmət müqaviləsi bu sayt vasitəsilə bağlanır.
  3. İcraçı, İstifadəçinin razılığı olmadan öz öhdəliklərinin yerinə yetirilməsi üçün üçüncü şəxslərin xidmətlərini istifadə edə bilər.

 

  1. İstifadənin ümumi qaydaları
    1. Qeydiyyatdan keçməyən İstifadəçi saytın təqdim etdiyi informasiya və xidmətlər barədə məlumat almaq imkanına malikdir. Şəxsi kabinet vasitəsilə təqdim olunan tam xidmətlərin əldə olunması yalnız qeydiyyatdan keçildikdən sonra mümkündür.
    2. Qeydiyyat zamanı İstifadəçi ona məxsus etibarlı elektron poçt ünvanından və mobil nömrədən istifadə etməlidir. İstifadəçi qeydiyyat prosesi zamanı avtomatik olaraq elektron poçt ünvanına göndərilən kodu OnPay-ə köçürməklə elektron poçt ünvanını təsdiqləməlidir. İstifadəçi həmçinin qeydiyyat zamanı zəruri olan fərdi məlumatları təqdim etməlidir.
    3. İcraçı qeydiyyat və xidmətlərin təqdim olunması üçün digər şəxsi məlumatları tələb etmək hüququna malikdir. 
    4. İcraçı, Razılaşmanın ayrılmaz tərkib hissəsi olan Məxfilik Siyasətinə uyğun olaraq İstifadəçilərin fərdi məlumatlarını toplayır, sistemləşdirir və saxlayır.
    5. İcraçı, qeydiyyatdan keçmə prosesində İstifadəçi tərəfindən verilən məlumatların düzgünlüyünü yoxlamaq məsuliyyətini daşımır. Məlumatların düzgünlüyü İstifadəçi tərəfindən təmin olunur.
    6. İcraçı, sayt üzərindən tərtib edilib göndərilmiş hesab-fakturaların müvafiq qanunvericiliyə uyğun göndərildiyini yoxlamır. Hesab-fakturaların Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərinə uyğun göndərilməsi İstifadəçi tərəfindən təmin olunur.
    7. Saytdan istifadə edərkən texniki problemlər yarandıqda, İstifadəçi, İcraçıya [email protected] ünvanından elektron poçtla, və ya +994 51 277 13 57 mobil nömrəsi ilə əlaqə yaradaraq məlumat verməlidir. 
    8. Saytda göstərilən xidmətləri qeyri-qanuni məqsədlər üçün istifadə etmək qadağandır.
    9. www.onpay.az saytı Azərbaycandan olan İstifadəçilər üçün nəzərdə tutulmuşdur və Avropa İttifaqının (Aİ) vətəndaşları və ya AB ölkələrindən hər birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür İstifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli və saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.
    10. İstifadəçinin qeydiyyat üçün istifadə etdiyi elektron poçt ünvanı və şifrəsindən istifadə edərək, hesaba icazəsiz daxil olma halı aşkarlandığında, İstifadəçi, İcraçıya bu Razılaşmada qeyd olunan elektron poçt ünvanı və ya mobil nömrə vasitəsilə ilə dərhal məlumat verməli və hesabının şifrəsini dəyişdirməlidir.
    11. İstifadəçi, saytda qeydiyyatdan keçdikdə, İcraçı tərəfindən göndərilən aşağıdakı xarakterli mesajları qəbul etməyə razılıq verir:
  • Xidməti məlumatı olan məktublar (məsələn, saytda qeydiyyatın təsdiqlənməsi, şifrənin bərpası və s.);
  • İstifadəçiyə sayt üzərindən xidmətlərin səmərəli istifadəsi ilə bağlı məlumat verilməsi
  • İcraçının fəaliyyətinə dair marketinq məlumatları və xəbərlər. İstifadəçi bu mesajların alınmasından imtina edə bilər.

 

  1. Tərəflərin hüquq və vəzifələri
    1. İstifadəçinin hüquq və vəzifələri:
  • İstifadəçi saytda təqdim olunan məlumatlarla tanış olmaq, məlumat əldə etmək, təqdim olunan xidmətlər üçün zəruri olan digər hərəkətləri həyata keçirmək hüququna malikdir;
  • İstifadəçi qeydiyyat zamanı və xidmətlərin alınması zamanı düzgün və tam məlumatları təqdim etməlidir; həqiqətə uyğun olmayan və ya natamam daxil edilmiş, həmçinin yanlış daxil edilmiş məlumatlara görə çəkilmiş zərərlər üzrə bütün məsuliyyəti istifadəçi daşıyır;
  • İstifadəçi sayta zərər vurulması və ya işinə maneə törədilməsi məqsədilə hər hansı qeyri-qanuni fəaliyyətdən irəli gələn zərərlərə görə məsuliyyət daşıyır.
  1. İcraçının hüquq və vəzifələri: 
  • Öz mülahizəsinə əsasən saytdan istifadə qaydalarını dəyişmək, əlavə və ya ləğv etmək;
  • Saytdakı hər hansı məlumata çatımlılığı məhdudlaşdırmaq;
  • Saytdakı məlumatı yaratmaq, dəyişmək və silmək;
  • İstifadəçi tərəfindən təqdim olunmuş məlumatların təhlükəsizliyini Məxfilik Siyasətinə uyğun olaraq qorumaq;
  • Saytın işlək vəziyyətdə olmasını təmin etmək; 
  • Qiymət paketlərinə dəyişiklik etmək, onları ləğv etmək və yeni abunəlik paketləri əlavə etmək;
  • İcraçı bu müqavilənin 1.4-cü maddəsində göstərilmiş xidmətləri çoxaltmaq, dəyişmək və ləğv etmək  hüququna malikdir.

 

  1. Əqli mülkiyyət
    1. Sayta, həmçinin təqdim olunan xidmətlərə dair, eləcə də şəkillər, video və səs, dizayn elementləri, məlumat bazaları, əmtəə nişanları, ticarət adları, ticarət sirləri, proqram kodu və mətnlər daxil olmaqla, bütün hüquqlar İcraçıya məxsusdur.
    2. İstifadəçi tərəfindən, İcraçının sayt üzrə müstəsna hüquqlarını köçürmək, dəyişdirmək, silmək, əlavə etmək, nəşr etmək, törəmə əsərlər yaratmaq, onlara əsaslanan məhsullar hazırlamaq, satmaq, və ya hər hansı digər şəkildə qanunsuz istifadə etmək qadağandır.
    3. Saytda yaradılan sənədlərə dair bütün hüquqlar İcraçıya məxsusdur.

 

  1. Tərəflərin məsuliyyəti
    1. İstifadəçi onun tərəfindən təqdim olunmuş məlumatla bağlı tam məsuliyyət daşıyır.
    2. İstifadəçi sayt üzərindən tərtib edilib göndərilmiş hesab-fakturaların müvafiq qanunvericiliyin tələblərinə uyğunluğuna dair tam məsuliyyət daşıyır.
    3. İcraçı və ya onun nümayəndələri heç bir halda, İstifadəçiyə və ya üçüncü şəxsə vurulmuş hər hansı bir dolayı, təsadüfi, qəsdi zərər üçün, eləcə də əldən çıxmış gəlir və ya itirilmiş məlumatlar, şərəf, ləyaqət və ya işgüzar nüfuzun zədələnməsinə səbəb olan hallar üçün məsuliyyət daşımır.
    4. Saytın bölmələrində digər İnternet resurslarına keçidlər yerləşdirilə bilər. İcraçı, bu resursların mövcudluğu və onlarda yerləşdirilmiş məlumatlar, eləcə də bu resursların istifadəsi ilə bağlı hər hansı nəticələrə görə məsuliyyət daşımır.
    5. Bu İstifadə Şərtlərindən və ya onunla əlaqədar yaranacaq bütün mübahisələr danışıqlar yolu ilə həll ediləcəkdir. Razılıq əldə olunmadıqda, bu İstifadə Şərtlərinə dair bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll ediləcəkdir.
    6. Saytdakı xidmətlərin göstərilməsində nöqsanlara görə İcraçı məsuliyyət daşımır.

 

  1. İstifadəçi hesabları
    1. OnPay xidmətlərindən istifadə etmək üçün İstifadəçi istifadə qaydalarına əməl edərək istifadəçi hesabı yaratmalıdır. Hesabı yaratmaq üçün istifadəçi adı və şifrəsi yaratmaq, həmçinin müəyyən şəxsi məlumatları təqdim etmək tələb olunur. İstifadəçinin şəxsi məlumatlarının necə emal edildiyinə dair əlavə məlumat Məxfilik Siyasətində təsvir olunmuşdur. 
    2. İstifadəçi, hər hansı bir istifadəçi hesabı məlumatlarının və İstifadəçinin istifadəçi hesabına daxil olmaq üçün tələb olunan ekvivalent məlumatların konfidensial saxlanmasını və üçüncü tərəflərin əldə edə bilməyəcəyi təhlükəsiz bir şəkildə istifadə edilməsini təmin etməlidir. İstifadəçinin bir neçə şəxsi istifadəçi hesabı ola bilər. 
    3. Hər hansı bir səlahiyyətsiz şəxsin İstifadəçinin istifadəçi hesabı məlumatlarından xəbərdar olduğundan və ya İstifadəçinin istifadəçi hesabına daxil olmasından şübhələnildiyi təqdirdə, İstifadəçi bu barədə dərhal İcraçıya məlumat verməlidir. İstifadəçi OnPay xidmətindən hər hansı istifadə üçün və istifadəçi hesabındakı hər hansı fəaliyyət üçün cavabdehdir. 

 

  1. Ödənişlər
    1. OnPay xidmətləri uğurlu əməliyyatlar başına tutulan ödəniş müqabilində təqdim olunur. Komissiya haqqı icraçı tərəfindən müəyyən olunur və www.onpay.az/#iq-pricing ünvanında göstərilir.
    2. İcraçı komissiya ödənişlərini avtomatik şəkildə İstifadəçinin OnPay balansından çıxmaq hüquna malikdir. 
    3. OnPay-ə ödənilən komissiya haqqları üzrə geri ödəmələr mövcud deyil.
    4. İcraçı, ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edir. 

 

  1. Şikayətlər
    1. OnPay xidmətləri istənilən vaxt dayandırıla və ya daimi olaraq ləğv oluna bilər. OnPay xidmətləri həmçinin müvəqqəti olaraq dayandırıla bilər. İcraçı, xidmətləri vaxtlı-vaxtında və yanlışsız təmin etmək üçün ağlabatan səy göstərdiyi təqdirdə, bu Razılaşmada açıq şəkildə göstərilməyən bütün bəyanlardan və zəmanətlərdən imtina edir. 
    2. Xidmətlərin yerinə yetirilməsində çatışmazlıqlar aşkar edən İstifadəçi hər hansı bir şikayətini İcraçıya qeyd edilmiş nöqsanların dəqiq təsvirləri ilə gecikmədən təqdim etməlidir. Xidmətlərdə aşkar edilmiş qüsurlar barədə bildiriş qüsurların aşkar edildiyi andan etibarən ağlabatan müddət ərzində, lakin aşkar edildikdən sonra iki aydan gec olmayaraq irəli sürülmüş olmalıdır. 
    3. İcraçı, onun niyyəti və ya kobud səhlənkarlığı nəticəsində yaranan məsuliyyət və ya tətbiq olunan qanunvericiliyə uyğun olaraq istisna edilə bilməyən və ya məhdudlaşdırıla bilməyən hər hansı digər məsuliyyət istisna olmaqla, İstifadəçinin və ya üçüncü tərəfin OnPay xidmətləri ilə əlaqəli çəkə biləcəyi zərər və ya ziyana görə hər hansı məsuliyyət daşımır. 

 

  1. Yekun müddəalar
    1. Maliapp.az saytı SOFTECH MMC şirkətinin (VÖEN 1306839991) mülkiyyətidir.
    2. Bu Razılaşma Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh olunur. Bu Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Bu Razılaşma ilə tənzimlənən münasibətlərdən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həll edilir. 
    3. Saytdan istifadə etmək məqsədindən asılı olmayaraq, İstifadə Şərtləri bütün İstifadəçilər üçün tətbiq olunur. İstifadəçi Razılaşmanı qəbul etmədikdə Saytdan istifadəni dərhal dayandırır. Sayt Avropa İttifaqının (Aİ) vətəndaşları və ya AB ölkələrindən hər hansı birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür İstifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli və Saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.
    4. İcraçı istənilən vaxt əvvəlcədən və ya sonradan xəbərdarlıq etmədən İstifadə Şərtlərində dəyişiklik etmək və ya əlavə etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər Razılaşmanın yeni versiyasının saytda yerləşdirildiyi tarixdən etibarən 3 (üç) gün keçdikdən sonra qüvvəyə minir. İstifadəçi, İstifadə Şərtlərindəki dəyişiklikləri mütəmadi olaraq yoxlamalıdır. İstifadə Şərtlərində dəyişiklik edildikdən sonra saytdan istifadənin davam etdirilməsi, İstifadəçinin bütün dəyişiklikləri qəbul etdiyini və onlarla razı olduğu mənasını daşıyır. İstifadəçi dəyişikliklərlə razı deyildirsə, növbəti hesablama müddətindən etibarən saytdan istifadə etməkdən imtina etməli, saytın materiallarını və xidmətlərini istifadə etməyi dayandırmalıdır. 
    5. Əgər İstifadəçi (i) OnPay xidmətlərindən sui-istifadə edərsə və ya OnPay xidmətlərindən istifadəyə və ya İcraçının əməkdaşlarına hər hansı xəsarət vura və ya zərər vurarsa, (ii) OnPay xidmətlərindən istifadə edərkən İstifadəçinin dələduzluq hərəkətlərinə yol verdiyinə İcraçının əsaslı inancı varsa, (iii) İstifadəçi saxta sifariş yerləşdirərsə və ya bu İstifadə Şərtlərindan irəli gələn öhdəliklərinə başqa şəkildə əməl etmədikdə, (iv) Sifarişin düzgünlüyünə və ya həqiqiliyinə dair əsaslı şübhə olduqda, İcraçı İstifadəçini dərhal OnPay xidmətindən çıxarmaq və ya İstifadəçidən istənilən sifarişləri rədd etmək və ya ləğv etmək hüququna malikdir. 
    6. Məxfilik Siyasəti İstifadə Şərtlərinin ayrılmaz tərkib hissəsi hesab olunur.
    7. Məhkəmə tərəfindən İstifadəçi Razılaşmasının hər hansı müddəasının etibarsız hesab edilməsi bütün Razılaşmanın etibarsızlığına səbəb olmayacaqdır. 
    8. İstifadəçi saytın bütün materialları və xidmətlərinin və ya onların hər hansı bir hissəsinin reklamla müşayiət oluna biləcəyini qəbul edir. İstifadəçi İcraçının bu reklam üçün heç bir məsuliyyət daşımadığını və bu reklamla əlaqədar heç bir öhdəliyə malik olmadığını qəbul edir. 
    9. Bu Razılaşmanın müddəaları İstifadəçi ilə İcraçı arasında agentlik, tərəfdaşlıq, birgə fəaliyyət, əmək münasibətlərinin və ya Razılaşmada açıq şəkildə nəzərdə tutulmayan digər hüquqi münasibətlərin yaranması kimi başa düşülə bilməz. 
    10. İcraçı və İstifadəçi arasında elektron poçt vasitəsilə mesaj mübadiləsi yolu ilə əldə edilmiş razılıqlar yazılı razılaşma kimi tanınmalıdır. Saytın istifadəsi və İstifadəçi Razılaşması ilə əlaqədar İcraçı ilə əlaqə [email protected] və ya Vəli Məmmədov küç. 1, AZ1001, Səbail, Bakı, Azərbaycan ünvanına göndərə bilər.