Məxfilik siyasəti

Fərdi məlumatlar haqqında bu Məxfilik Siyasəti (bundan sonra "Məxfilik Siyasəti"), www.onpay.az domenində yerləşən OnPay veb saytının (bundan sonra “Maliapp”) istifadəçisinin sayt və xidmətlərdən istifadə edərkən toplanan fərdi məlumatları ilə əlaqədardır. 

 

Hazırki Məxfilik Siyasətində “xidmətlər” ifadəsi veb sayt üzərindən istifadəçiyə təqdim olunan xidmətlərə birgə istinad edir. 

 

Hazırki Məxfilik Siyasətində “istifadəçi” ifadəsi OnPay veb saytının müştərilərinə, nümayəndələrinə və müştəri təşkilatlarının digər səlahiyyətli istifadəçilərinə, potensial müştərilərə və OnPay xidmətləri istifadəçilərinə istinad edir. 

 

Hazırki Məxfilik Siyasətində “fərdi məlumatlar” ifadəsi istifadəçinin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənlişdərməyə imkan verən istənilən məlumatlara istinad edir. 

 

Hazırki Məxfilik Siyasəti məlumatların işlənməsi prosesində və ya başqa şəkildə dəyişiklikləri əks etdirmək üçün vaxtaşırı olaraq Şirkət tərəfindən birtərəfli qaydada yenilənə bilər. 

 

OnPay veb saytı SOFTECH MMC şirkətinin (bundan sonra “Şirkət”) rəsmi mülkiyyətidir. İstifadəçilərin fərdi məlumatlarının işlənməsi ilə əlaqədar olaraq SOFTECH MMC məlumat nəzarətçisi kimi çıxış edir. Bu o deməkdir ki, SOFTECH MMC fərdi məlumatların işlənməsinin məqsəd və işlənmə vasitələrini müəyyən edir. 

 

OnPay veb saytı və mobil tətbiqi Azərbaycanda olan istifadəçilər üçün nəzərdə tutulmuşdur. Avropa İttifaqının (Aİ) vətəndaşları və ya AB ölkələrindən hər birinin ərazisində olan şəxslər üçün nəzərdə tutulmur. Bu cür istifadəçilər saytdakı qeydiyyat prosedurundan keçməməli,  veb saytdan hər hansı bir məqsəd üçün istifadəni dərhal dayandırmalıdırlar.

 

  1. Ümumi müddəalar
    1. İstifadəçi (fərdi məlumatların subyekti) OnPay-dən istifadə etdikdə və qeydiyyatdan keçdikdə hazırki Məxfilik Siyasətinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Şirkət tərəfindən istifadəçinin fərdi məlumatları toplanır. 
    2. OnPay-dən istifadə edən istifadəçi, OnPay-dən istifadə etməklə məlumatlarını daxil edərək və ya qeydiyyatdan keçərək bu Məxfilik Siyasəti ilə və onun şərtləri ilə razılaşdığını təsdiqləyir və fərdi məlumatların toplanmasına və istifadəsinə “Fərdi məlumatlar haqqında" Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yazılı razılığını vermiş hesab olunur. 
    3. Məxfilik Siyasətinə edilmiş dəyişiklərlə razı olmadıqda, istifadəçi saytdan istifadə etməyi dərhal dayandırmalıdır.
    4. İstifadəçi, "Fərdi məlumatlar haqqında" Qanunun 7.2-ci maddəsinə uyğun olaraq məlumatların toplanmasına və istifadəsinə yazılı etirazını Şirkətə təqdim edə bilər. İstifadəçi, fərdi məlumatların emalına etiraz etməsi ilə əlaqədar "fərdi məlumatların emalına razılığın ləğvi" başlıqlı məktubunu [email protected] email ünvanına və ya Vəli Məmmədov küç. 1, AZ1001, Səbail, Bakı, Azərbaycan ünvanına göndərə bilər.
    5. Bu Məxfilik Siyasəti yalnız OnPay-ə tətbiq olunur. Şirkət, istifadəçi tərəfindən OnPay-də mövcud olan keçidlər (linklər) vasitəsilə açılan üçüncü şəxslərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
    6. Şirkət, istifadəçinin təqdim etdiyi fərdi məlumatların düzgünlüyünü yoxlamır. Sayta yüklənən hər hansı fərdi məlumat "olduğu kimi" qəbul edilir və dəqiqlik üçün əvvəlcədən yoxlanılması şərti deyil.

 

  1. Məxfilik Siyasətinin mövzusu
    1. Bu Məxfilik Siyasəti, Şirkətin İstifadəçi tərəfindən qeydiyyatdan keçərkən (hesab yaradılması) və OnPay-də göstərilən xidmətlərdən istifadə edərkən təqdim etdiyi fərdi məlumatların məxfiliyinin mühafizəsi üçün öhdəliyini müəyyən edir.
    2. Saytın müəyyən funskiyalarından istifadə etmək üçün İstifadəçilərdən əlavə məlumatları təqdim etmək tələb oluna bilər.
    3. Bu Məxfilik Siyasəti çərçivəsində emalına icazə verilmiş fərdi məlumatlar, İstifadəçi tərəfindən saytda qeydiyyat formasını və digər formaları doldurmaqla təqdim edilir, habelə İstifadəçinin seçdiyi xidmətlərdən asılı olaraq təqdim olunmalı məlumatları əhatə edir:
      1. Qeydiyyat və giriş üçün tələb olunan məlumatlar:
        • İstifadəçinin adı və soyadı 
        • İstifadəçinin elektron poçt ünvanı (e-mail)
        • İstifadəçinin mobil nömrəsi
        • İstifadəçinin şifrəsi
        • VÖEN 
        • Bank hesabına dair məlumatlar
      2. Xidmətlərin həyata keçirilməsi üçün əməliyyat icra edəndə tələb olunan və şəxsi kabinetdə əks olunan məlumatlar
      3. Xidmət səviyyəsinin artırılması məqsədi ilə OnPay xidmətlərinin istifadəsi ilə bağlı analitik məlumatlar (adsızlaşdırılmış şəkildə)
      4. Bazar araşdırması və statistik məqsədlə istifadəçilərin maliyyə vəziyyətləri ilə bağlı istənilən analitik məlumat (adsızlaşdırılmış şəkildə)
    4. OnPay üzərindən edilmiş ödənişlərin prosessinqi üçün üçüncü tərəf olan ödəniş xidməti təminatçısından istifadə edilir. 
    5. OnPay sistemin statistik göstəricisinin ("pixel") quraşdırıldığı səhifələrə daxil olarkən avtomatik olaraq ötürülən məlumatların mühafizəsini təmin edir:
      • İP ünvan
      • Tanımlama (Cookie) məlumatları
      • Brauzer haqqında məlumatlar (və ya sayta girişi təmin edən başqa proqramlar)
      • Daxil olma vaxtı
      • İstifadə olunan brauzerler, əməliyyat sistemləri və fiziki qurğular haqqında məlumatlar
      • Reklam blokunun yerləşdiyi səhifənin ünvanı
      • Referrer (əvvəlki səhifənin ünvanı)
    6. OnPay, İstifadəçilərin IP-ünvanlarına dair statistika toplayır. Bu məlumat texniki problemləri müəyyən etmək, həll etmək və xidmətlərin yaxşılaşdırılması üçün istifadə olunur.

 

  1. İstifadəçinin fərdi məlumatlarının toplanılması və işlənilməsinin məqsədləri və hüquqi əsasları 
    1. Fərdi məlumatların işlənilməsi Şirkətin öhdəliklərini yerinə yetirməsi üçün, OnPay-in tam fəaliyyətini təmin etmək üçün, xidmət səviyyəsinin artırılması üçün, həmçinin aşağıdakı digər məqsədlər üçün həyata keçirilir.
      • OnPay xidmətlərini təmin etmək və müqavilə öhdəliklərini yerinə yetirmək üçün (hüquqi əsas: müqavilənin icrası və qanuni maraq) 
      • İddialara baxılması və hüquqi proseslər üçün – buraya iddiaların baxılması, borcların yığılması və hüquqi proseslərlə əlaqədar fərdi məlumatlar daxildir (hüquqi əsas: qanuni maraq) 
      • Keyfiyyətin yaxşılaşdırılması və tendensiyanın təhlili üçün – xidmətlərin istifadəçinin ehtiyaclarına uyğun olmasını təmin etmək üçün fərdi məlumatlardan müştəri məmnuniyyəti ilə bağlı sorğular kimi məqsədlər üçün istifadə edilə bilər (hüquqi əsas: qanuni maraq) 
      • Ödənişlərin alınması və emalı, ödənişə etiraz, istifadəçinin kredit hüququnun müəyyən edilməsi üçün (hüquqi əsas: qanuni maraq)
      • İstifadəçilərin maliyyə vəziyyətləri haqda statistik məlumatların toplanması və analitik məqsədlər üçün istifadəçilərə və ya  üçüncü şəxslərə (istifadəçinin aydın razılığı ilə) təqdim olunması (hüquqi əsas: qanuni maraq)
      • Saytın texniki dəstək xidmətinə müraciət zamanı istifadəçi ilə əlaqə saxlamaq (saytın istifadəsinə dair bildirişlərin, təkliflərin və yeniliklərin yönləndirilməsi daxil olmaqla) 

 

  1. Fərdi məlumatların işlənilməsinin üsulları və müddətləri
    1. İstifadəçinin fərdi məlumatlarının emalı, vaxt məhdudiyyəti olmadan hər hansı bir qanuni yolla, o cümlədən şəxsi məlumatların informasiya sistemlərində avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdən istifadə etməməklə aparılır. 
    2. OnPay-də istifadəçi tərəfindən təqdim olunan məlumatlar saytın istifadəsi müddətində və istifadəçinin hesabını ləğv etdiyi halda, Şirkət tərəfindən müəyyən edilmiş lakin hesabın silinmə tarixindən sonra 1 (bir) ildən artıq olmayan müddət ərzində saxlanılır.
    3. Şirkət, toplanan fərdi məlumatların yeganə sahibidir və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda, istifadəçi üçün xidmətlərin yerinə yetirilməsi məqsədilə üçüncü şəxslərə ötürə bilər. 
    4. Şirkət, istifadəçilər tərəfindən ödəniş məqsədləri üçün daxil edilmiş bank kartalrının məlumatlarını saxlamır və üçüncü şəxslərə ötürmür.
    5. Şirkət, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq olaraq fərdi məlumatları aşağıdakı hallarda üçüncü şəxslərə ötürə bilər:
      • İstifadəçi razılıq verdikdə
      • Üçüncü şəxsə verilmə OnPay-in hər hansı xidmətindən istifadəçi tərəfindən istifadə üçün zəruri olarsa
      • Qanunvericiliklə müəyyən edilmiş hallarda
    6. Dövlət orqanlarının tələbi ilə istifadəçilərə aid fərdi məlumatların ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
    7. Şirkət, istifadəçinin şəxsi məlumatlarının emalında qeyri-qanuni açıqlanmasının, təsadüfi məhvinin, dəyişdirilməsinin, bloklanmasının, təkrarlanmasının, yayılmasının və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətlərinin qarşısının alınması üçün müəyyən zəruri təşkilati və texniki müdafiə tədbirləri görür. 
    8. Şirkət, şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edir. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək) şəxsi məlumatlara giriş edə bilər. Məxfi məlumatların qeyd olunduğu serverlər və kompüterlər təhlükəsiz mühitdə saxlanılır.
    9. Fərdi məlumatların ötürülməsinə razılıq istifadəçi tərəfindən ləğv edilə bilər. Şirkət, fərdi məlumatların verilməsi üçün istifadəçinin razılığının ləğv edilməsi barədə məlumat aldıqdan sonra bu məlumatların ötürülməsini dərhal dayandırmağı öhdəliyinə götürür.
    10. İstifadəçi məlumat sistemində öz fərdi məlumatlarının toplanması, üçüncü şəxslərə verilməsi və emalı üçün qanuni əsaslandırmanı tələb edə bilər və bu məlumatın üçüncü tərəflərə verilməsi, emalı və toplanmasının onun üçün hansı hüquqi nəticələr yarada biləcəyi barədə məlumat ala bilər. (Hüquqi əsas - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, “Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi Qaydası”).
    11. Fərdi məlumatların itirilməsi və ya icazəsiz şəkildə açıqlanması hallarında, Şirkət fərdi məlumatların itirilməsi və ya açıqlanması barədə istifadəçiyə bu halın aşkarlanmasından sonra 3 (üç) iş günü ərzində məlumat verməlidir.
    12. Şirkət, istifadəçinin şəxsi məlumatlarının itirilməsi və ya açıqlanması nəticəsində yaranan zərərlərin və ya digər mənfi nəticələrin qarşısını almaq üçün lazımi tədbirləri görür.
    13. Fərdi məlumatların toplanması və emalı məqsədlərinə nail olunduqda və ya müvafiq hesab silindikdə və məlumatları saxlama zərurəti aradan qalxdıqda, fərdi məlumatlar qanunvericiliklə müəyyən olunmuş qaydada arxivləşdirilir.

 

  1. Tanımlama məlumatların istifadəsi
    1. Şirkət, İstifadəçilər OnPay-i ziyarət etdikdə statistik məlumatları və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edir.
    2. Tanımlama məlumatları, OnPay xidmətlərindən istifadəni asanlaşdırmağa və İstifadəçilərin məcmu məlumatlarını yaratmağa imkan verən, İstifadəçilərin cihazına göndərilən və saxlanan kiçik mətn sənədləridir. Tanımlama məlumatları İstifadəçinin cihazına və ya fayllarına zərər verməyəcəkdir. Bəzi tanımlama məlumatları xidmətlərin istifadəsi və fasiləsiz emalı üçün tələb olunur. Digər tanımlama məlumatları xidmətlərin necə istifadə edildiyi barədə məlumat toplayır, məsələn, xidmətlərin yaxşılaşdırılması üçün hansı məzmunun daha sıx ziyarət olunduğu haqda məlumat.  
    3. Tanımlama məlumatları OnPay-ə giriş imkanlarını yaxşılaşdırmaq və təkrar OnPay-ə dönüşləri müəyyən etmək üçün istifadə olunur və heç bir məxfi məlumatları ötürmür.
    4. Tanımlama məlumatlarını dayandırmaq, avtorizasiya tələb edən OnPay-in bəzi hissələrinə daxil olmanın qeyri-mümkünlüyü ilə nəticələnə bilər.

 

  1. İstifadəçinin hüquqları
    1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İstifadəçinin aşağıdakı hüquqları vardır:
      • İnformasiya sistemində özü barəsində olan fərdi məlumatlar haqqında məlumat almaq;
      • İnformasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
      • İnformasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;
      • İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;
      • Özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
      • İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
      • İnformasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;
      • Özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
      • “Fərdi məlumatlar haqqında” Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

  1. Tərəflərin vəzifələri
    1.  İstifadəçi:
      • OnPay-dən istifadə üçün zəruri olan fərdi məlumatları düzgün və tam təqdim etmək;
      • Fərdi məlumatlarda dəyişiklik olduqda müvafiq dəyişikliyi və əlavəni təqdim etmək.
    2. Şirkət:
      • Topladığı fərdi məlumatı yalnız bu Məxfilik Siyasətinin 3-cü bəndində göstərilən məqsədlər üçün istifadə etmək;
      • Fərdi məlumatların məxfi saxlanmasını təmin etmək, istifadəçinin əvvəlcədən yazılı razılığı olmadan açıqlamamaq, həmçinin fərdi məlumatları Məxfilik Siyasətinin 4.4. və 4.5.-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatları üçüncü şəxslərə verməmək, satmamaq, açıqlamamq və ya hər hansı digər formada yaymamaq;
      • İstifadəçinin fərdi məlumatlarının məxfiliyinin qorunması üçün, istifadə olunan mövcud işgüzar prosedura uyğun tədbirlər görmək; 
      • İstifadəçinin və ya onun qanuni nümayəndəsinin, eləcə də fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqanın müraciəti və ya sorğusu əsasında, müvafiq istifadəçiyə aid fərdi qeyri-qanuni istifadənin yoxlanılması dövrü ərzində fərdi məlumatların bloklanmasını təmin etmək;
      • “Fərdi məlumatlar haqqında” Qanunun 12-ci maddəsinə əsasən, Şirkət, istifadəçinin sorğusu daxil olduğu gündən 7 iş günü ərzində ilkin cavab  məktubunu göndərməlidir. İcraçı məlumatların işlənilməsi həcmindən asılı olan müddət ərzində İstifadəçiyə aid toplanan fərdi məlumatlar barədə ona məlumat verməli, həmçinin bu Məxfilik Siyasətində göstərilən qaydada onun hüquqlarını təmin etməlidir.

 

  1. Tərəflərin məsuliyyəti
    1. İstifadəçinin fərdi məlumatlarının istifadəsi ilə bağlı yaranan bütün anlaşılmazlıqlar və mübahisələr İstifadə şərtlərində göstərilən qaydada həll edilir və Şirkət, Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.
    2. Aşağıdakı hallarda Şirkət fərdi məlumatın verilməsi və ya açıqlanmasına görə məsuliyyət daşımır:
      • Fərdi məlumat ictimai məlumat olmaqla, onun itirilməsindən və ya açıqlanmasından əvvəl ictimaiyyətə məlum olmuşdursa,
      • İstifadəçidən alınmazdan əvvəl digər üçüncü şəxs tərəfindən təqdim olunmuşdursa 
      • İstifadəçinin razılığı ilə açıqlanmışdırsa
    3. Şirkət, OnPay-dən qadağan olunmamış formada istifadə nəticəsində üçüncü şəxslər tərəfindən İstifadəçi barədə fərdi məlumatların əldə olunmasına və istifadəsinə görə məsuliyyət daşımır.
    4. “Fərdi məlumatlar haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində istifadəçiyə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
    5. Azərbaycan Respublikasının məhkəmələri bu Məxfilik Siyasətindən irəli gələn və ya əlaqədar olaraq yaranan hər hansı mübahisələrə dair müstəsna səlahiyyətlərə malikdirlər.

 

  1. Digər şərtlər
    1. Məxfilik Siyasəti ictimaiyyətə açıq bir sənəddir, onun cari nəşri www.onpay.az/privacy ünvanında yerləşir.
    2. Şirkət istənilən vaxt əvvəlcədən və ya sonradan xəbərdarlıq etmədən Məxfilik Siyasətinə dəyişiklik etmək və ya əlavə etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər Məxfilik Siyasətinin yeni versiyasının saytda yerləşdirildiyi tarixdən etibarən 3 (üç) gün keçdikdən sonra qüvvəyə minir. İstifadəçi, Məxfilik Siyasətinin dəyişiklikləri mütəmadi olaraq yoxlamalıdır. Məxfilik Siyasətində dəyişiklik edildikdən sonra OnPay-dən istifadənin davam etdirilməsi, İstifadəçinin bütün dəyişiklikləri qəbul etdiyini və onlarla razı olduğu mənasını daşıyır. İstifadəçi dəyişikliklərlə razı deyildirsə, OnPay-dən istifadə etməkdən imtina etməli, onun materiallarını və xidmətlərini istifadə etməyi dayandırmalıdır. 
    3. Toplanan məlumatlar, onların istifadəsi və açıqlanması şərtləri haqqında məlumat almaq məqsədi ilə OnPay-i nəzərdən keçirmək İstifadəçinin məsuliyyətidir. Dəyişiklik edilmiş Məxfilik Siyasəti, dəyişikliklər haqqında məlumat alıb almamasından asılı olmayaraq, İstifadəçi üçün tətbiq olunur. 
    4. Bu Məxfilik Siyasəti Azərbaycan Respublikası Qanunvericiliyi ilə tənzimlənir və şərh olunur.

 

  1. Əlaqə məlumatları

İstifadəçi, fərdi məlumatların emalı ilə bağlı sorğu və şikayətlərini Şirkətin elektron ünvanına: [email protected] və ya Vəli Məmmədov küç. 1, AZ1001, Səbail, Bakı, Azərbaycan ünvanına göndərə bilər.