Ümumi

OnPay hər cür onlayn ödəniş qəbul etməyə imkan verən vahid platformadır.

OnPay VÖEN-i olan və hər hansı satış edən şəxslər və şirkətlər üçündür. Onlayn məhsul satanlar OnPay-i saytlarına inteqrasiya edə bilər. Kurs keçənlər tələbələrinə hər ay avtomatik SMS faktura göndərə bilər. Mobil tətbiq yaradanlar istifadəçilərinin kart məlumatlarını gələcək ödənişlər üçün yadda saxlaya bilər.

Funksiyalar

Vebsayt və ya mobil tətbiqə OnPay-i sadə APİ-larımızla ilə qoşaraq istənilən növ ödənişi qəbul edə biləcəksiniz. Birdəfəlik ödənişlər, təkrarlanan ödənişlər, geri ödəmələr və kart yadda saxlamaq üçün APİ-larımız mövcuddur.

OnPay fakturalarından yararlanaraq müştərilərinizə email və SMS üzərindən faktura göndərib, onlayn ödəniş qəbul edə bilərsiniz.

OnPay fakturaları kimi təkrarlanan fakturalarda email və SMS üzərindən göndərilir və onlayn ödəniş qəbul etmə imkanı yaradır. Yeganə fərq ondadır ki, təkrarlanan fakturalar əvvəlcədən müəyyənləşdirilmiş vaxt aralığında avtomatik göndərilir. Məsələn kurs keçənlər təkrarlanan fakturalardan yararlanaraq tələbələrə hər ay avtomatik faktura göndərib, ödəniş qəbul edə bilər.

OnPay APİ-larından və ya ödə düymələrindən istifadə edərək təkrarlanan ödənişləri vebsaytınız, mobil tətbiqiniz və ya digər kanallardan qəbul etmək mümkündür. Təkrarlanan ödənişləri SMS və ya email vasitəsi ilə qəbul etmək üçün təkrarlanan fakturalardan yaralnan bilərsiniz

Bəli, OnPay üzərindən sizə ödənilən bütün ödənişləri (mənbədən asılı olmayaraq) şəxsi kabinetinizdən bir düymə ilə geri ödəyə bilərsiniz.

Bəli, OnPay APİ-lərindən istifadə edərək istifadəçinizə kart məlumatlarını yadda saxlamaq imkanı yarada bilərsiniz. Proses PCİ və digər qabaqcıl təhlükəsizlik tədbirlərinə uyğun şəkildə aparılır.

Qiymətlər

Yox, xidmətə qoşulma tamamilə pulsuzdur. Fərdi təkliflərdə inteqrasiya dəstəyi lazım olduğu halda qiymətlər razılaşdırılır.

Standard komissiyalar hər uğurlu ödəniş başına 2.0%-dir.

Standard paket-də bütün funksiyanallıq mövcuddur. Fərq yalnız istifadəçinin aylıq satış həcmindədir.

Aylıq satış həcmi 50,000 AZN-dən çox olan istifadəçilər üçün.

Qoşulma qaydası

OnPay-ə qoşulmaq üçün ilk olaraq email və telefon nömrəsi ilə qeydiyyatdan keçin. Daha sonra şəxsi kabinetdən biznesinizin VÖEN-ni və bank hesabını daxil edərək qeydiyyatı tamamlayın. Bundan sonra sizin OnPay-ə qoşulmuş sayılırsınız və bütün funksiyalardan istifadə edə bilərsiniz

OnPay-ə qoşulmaq üçün email ünvanı, telefon nömrəsi, biznesinizin VÖEN-i, bankınızın adı və bank hesabınızın hesablaşma hesabı (İBAN-ı) lazımdır.

OnPay-ə VÖEN-i olan və hər hansı satış edən şəxslər və şirkətlər üçündür. Həm fiziki şəxs olan fərdi sahibkarlar həmdə hüquqi şəxslər istifadə edə bilər.